ÜST: Azərbaycan koronavirusla mübarizədə nümunəvi ölkədir Hadisə

ÜST: Azərbaycan koronavirusla mübarizədə nümunəvi ölkədir

“Azərbaycan bu gün də koronavirusla mübarizədə nümunəvi ölkədir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, koronavirusla mübarizədə ən yaxşı addımlardan biri Operativ Qərargahın yaradılmasıdır.
H. Harmancının sözlərinə görə, həftə sonu qapanma da nümunəvi bir addımdır.
ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, müntəzəm mətbuat konfranslarının keçirilməsi təqdirəlayiq haldır.