Əli Kərimli özfəaliyyətlə məşğuldur... Hadisə

Əli Kərimli özfəaliyyətlə məşğuldur...

Mirmahmud Mirəlioğlu: "KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir"

"Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqdən xəbərsizdir". Bunu APA-ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.
O, partiyasının mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı suala "Mənim mitinqdən xəbərim yoxdur" - deyə cavab verib. KXCP Ali Məclisinin sədri Bəybala Əbil də APA-ya bildirib ki, Milli Şuranın mitinqi barədə məlumatı yoxdur. Onun sözlərinə görə, KXCP-nin mitinqdə iştirak məsələsi partiyanın İdarə Heyətində müzakirə olunduqdan sonra qərar veriləcək.
Xatırladaq ki, KXCP rəhbərliyi son vaxtlar Milli Şuranın tədbirlərində iştirak etmir. KXCP sədrinin müavini Xəzər Teyyublu sentyabrın 28-də qurumdan istefa verib.