Pandemiya dövründə uçuş zamanı təmizlik və dezinfeksiya işləri üzrə tələblər açıqlanıb Hadisə

Pandemiya dövründə uçuş zamanı təmizlik və dezinfeksiya işləri üzrə tələblər açıqlanıb

Pandemiya dövründə uçuş zamanı təmizlik və dezinfeksiya işləri üzrə tələblər açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlik - dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.

- Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

- mexaniki təmizlik - quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

- təmizləmə - isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

- durulama - istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;

- dezinfeksiya - istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

- dezinfeksiyadan sonra durulama - bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.

Qaydalarda dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar aşağıdakılardır:

- istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

- lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

- digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

- dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

- dezinfeksiya işlərini həyata keçirən işçi heyətə xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) təmin edilməlidir;

- dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

- dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səthlər üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Bildirilib ki, dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri aşağıdakılardır:

- giriş-çıxışlardakı ayaqaltılıqlar (xlor tərkibli məhlul və ya digər);

- qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- oturacaqlar, rəflər, masalar, pərdələr və s. (spirt tərkibli məhlul və ya digər);

- çoxmərtəbəli hava limanlarında eskalatorlar və onların tutacaqları, liftlər və onların idarəetmə paneli (spirt tərkibli məhlul və ya digər);

- aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə texniki avadanlıq;

- döşəmələr (xlor tərkibli məhlul və ya digər);

- sanitar qovşaqları (xlor tərkibli məhlul və ya digər);

- tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

- tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

- müxtəlif təyinatlı terminallar (spirt tərkibli məhlul və ya digər);

- sərnişinlərin istifadəsi üçün nəzərdə tutulan hava limanı avadanlığı (əşyaların qoyulması üçün nəzərdə tutulmuş qablar, baqaj arabaları, hərəkət qabiliyyəti məhdud olan sərnişinlər üçün oturacaqlar, “Self chek-in” qeydiyyat köşkləri, E-gate-lər (avtomatlaşdırılmış immiqrasiya nəzarəti), ticarət avtomatları və s.)