Bakıda marşrutlarda sərnişin sayı 45 faiz azalıb Hadisə

Bakıda marşrutlarda sərnişin sayı 45 faiz azalıb

Sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə gündəlik sərnişin axınında azalma müşahidə olunur.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, iyunun 22-də 677 mindən artıq sərnişin səfər sayı qeydə alınıb ki, bu da ötən həftənin ilk iş günü ilə müqayisədə 45 % azalma deməkdir:
"Buna baxmayaraq marşrutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı olduğu kimi saxlanılıb. Gündəlik olaraq xətələrə 1700-1900 avtobus çıxarılır. Sərnişin təlabatına müavfiq olaraq zərurət olan xətlər üzrə əlavə sayda avtobuslar cəlb edilir. Xəttə çıxan avtobus sayının və avtobuslararası intervalın sərnişin axını və mövcud pandemiya şərtləri nəzərə alınmaqla tənizmlənməsi ilə bağlı daşıyıcılara tapşırıq verilib".