TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil Hadisə

TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil

TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, qurum yalnız xəstəxanalara nəzarət edir: "Bizim vəzifəmiz xəstəxanalarda dərman çatışmazlığının aradan qaldırılması və xəstələrin vəziyyətini nəzarətdə saxlamaqdır. Biz bu prosesə ciddi nəzarət edirik. Amma apteklərdə qiymət tənzimləmək bizlik deyil".