Sədrin səlahiyyətlərini birinci müavin icra edir Hadisə

Sədrin səlahiyyətlərini birinci müavin icra edir

Hazırda Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini birinci müavin Həmid Bağırov icra edir. Bunu "Media forum" saytına komitənin məlumatların yayılması şöbəsinin müdiri Meri Əmirova deyib.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu il iyunun 23-də vəfat edib. O, 1993-cü ildən Dövlət Statistika Komitəsinin sədri postunda çalışırdı.
"Media forum" saytı bildirir ki, Həmid Bağırov 1949-cu ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. İqtisad elmləri namizədidir.
Uzun illər bank və maliyyə sahəsində çalışan Həmid Bağırov 1999-2007-ci illərdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı olub.
Həmid Bağırov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini postunu 2007-ci ilin mart ayından tutur.