Vitse-spikerlə deputat arasında növbəti mübahisə Hadisə

Vitse-spikerlə deputat arasında növbəti mübahisə

Ziyafət Əsgərov: "Mən iqtidar nümayəndəsi olduğum üçün cavab verməliyəm"
"Çıxışlarımın Milli Məclisin vitse-spikeri tərəfindən populist adlandırılması düzgün deyil . Biz bir-birimizə hörmətlə yanaşmalıyıq". Bunu millət vəkili Sabir Rüstəmxanlı parlamentin dünənki iclasında deyib.
"Turizm haqqında qanun"a dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrdə vitse-spiker Ziyafət Əsgərov tərəfindən populist çıxış kimi dəyərləndirilməsinə etiraz edən millət vəkili, Azərbaycanda mənzil tikintisi və satışı prosesində dələduzluqla məşğul olanların əksəriyyətinin məhz hüquqi şəxslər olduğunu xatırladıb: "Mən vətəndaşların başlarına oyun açılmasını istəmirəm və tərəfdarı deyiləm. Ancaq biz burada bir-birimizi boş yerə ittiham edirik. Biz burada təkliflər veririk, ancaq təkliflərin heç biri komitələrdə müzaikrəyə çıxarılmır".
Vitse-spiker Ziyafət Əsgərov Sabir Rüstəmxanlının bu çıxışına etiraz edib və iqtidar nümayəndəsi olduğu üçün buna etiraz etməyə məcbur olduğunu deyib: "Mən iqtidar nümayəndəsi olduğum üçün cavab verməliyəm. Deyirsiniz ki, vətəndaşların başına oyun açılır? Nə edirik? Bu gün fiziki şəxs 5-10 nəfəri Türkiyəyə yığıb aparır, bəs sabah o insanların taleyi necə olacaq? Bu insanlar sonradan ölkəyə qayıdanda millət vəkillərinin yanına gələrək, pensiya və sosial müavinətlər ala bilmədiklərini deyirlər. Hüquqi şəxslər məsələsində isə düz deyirsiniz. Onlar həqiqətən də mənzillərlə bağlı dələduzluq edirlər. Ancaq onun ünvanı olur, hüquq-mühafizə orqanları onları məsuliyyətə cəlb edə bilir. Yoxsa fiziki şəxs sabah Rusiyada olur, biri gün Belarusa qaçır".
Z. Əsgərov, Azərbaycana gələn əcnəbi iş adamları ilə də bağlı fikirlərini açıqlayıb və onların hamısının ölkəyə səmimi məqsədlərlə gəlmədiklərini deyib: "Biz qanunvericilikdə də bu halları nəzərə alırıq və onlara qarşı mübarizə ilə bağlı müddəalar qəbul edirik".
"Biz qanunvericilikdə də bu halları nəzərə alırıq və onlara qarşı mübarizə ilə bağlı müddəalar qəbul edirik".