Sərnişin mikroavtobusu yük maşını ilə toqquşub Hadisə

Sərnişin mikroavtobusu yük maşını ilə toqquşub

Ölənlər və xəsarət alanlar var

Ötən gün Bakıda daha bir avtobus qəzası baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb.
Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb. Ölənlərdən birinin 7-8 yaşlı qız, digərinin isə 30-35 yaşlı kişi olduğu açıqlanıb. Məlumata görə, mikroavtobusun sürücüsünün vəziyyəti ağır qiymətləndirilir. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Hazırda yol polisi hadisə yerində araşdırma aparır.