
"Azərbaycanla Türkiyə arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq protokolunun təsdiq edilməsi haqqında" qərar qüvvəyə minib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, 25 oktyabr 2011-ci ildə imzalanan protokolun qüvvəyə minməsinə dair məlumat "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, qərara əsasən, Türkiyə baş nazirliyi nəzdində Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi və Azərbaycan Dövlət Teleqraf Agentliyi arasında məsləhətləşmələr aparılacaq və bundan sonra hər iki qurum əməkdaşlığa başlayacaq.