İspaniyada Seuta böhranı üzrə kəşfiyyat sənədləri açıqlanır Dünya

İspaniyada Seuta böhranı üzrə kəşfiyyat sənədləri açıqlanır

İspaniya Nazirlər Kabineti Milli Kəşfiyyat Mərkəzinin Seuta muxtar şəhərindəki miqrasiya böhranı ilə bağlı hesabatlarının məxfilikdən çıxarılması haqqında qərarı təsdiqləyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "EFE" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sənədlərin sentyabrın 9-da dosye şəklində dərc olunması gözlənilir. Söhbət iyulun 1-dən avqustun 1-dək olan dövrü əhatə edən hesabatlardan gedir. Bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançes hökumətin Kəşfiyyat Mərkəzindən Seutada baş verən böhranın miqyasını öncədən xəbər verən heç bir məlumat almadığına əmin etmişdi.

Məryəm Quliyeva