Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
31 Avqust 2020 17:21
2 674
Operativ Qərargahın yeni qərarı ilə Bakı, Sumqayt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkə ərazisindəki sərt karantin rejiminə son qoyuldu. Lakin, bu o demək deyil ki, virus yoxa çıxıb, yenidən yayıla bilməz, digər rayonlarda alovlana bilməz.
Milli Məclisin deputatı Musa Quliyev belə deyib.
“Hesab edirəm ki, koronavirusun geniş şəkildə tətbiq olunan vaksini tapılmayınca pandemiyanın diktə etdiyi şərtlər daxilində yaşamağa davam etməliyik. Bu şərtlər fiziki məsafəyə və təcrid qaydalarına əməl etmək, maska taxmaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və məsuliyyətli olmaqdır.
Bütün bu şərtləri yerinə yetirsək koronavirusun bizim üçün o qədər də qorxusu yoxdur. Qapalı məkanlarda mütləq maska taxmalıyıq. Qanunvercilik də bunu tələb edir. Həkimlərimiz də bildirir ki, koronavirusun yoluxma ehtimalı qapalı məkanlarda açıq havadan qat-qat yüksəkdir. Heç kəs bilmir ki, yanındakı şəxs virus daşıyıcısıdır, virsua yoluxub ya yox. Ona görə, istənilən qapalı məkana daxil olan zaman maska taxmaq olduqca zəruridir”.-deyə, millət vəkili bildirib.
Toy və yas mərasimlərilə bağlı qadağanın qüvvədə qaldığını bildirən deputat qeyd edib ki, toyların keçirilməsi üçün müəyyən, çox güman ki, yüngül şərtlər olacaq:
“Çünki ömür boyu insanları toy mərasimini keçirməyə qadağa qoymaq olmaz. Bunlar hamısı diktə edir ki, özümüzü qoruyaq. Mart, aprel, may aylarında insanlar koronavirusun olduğuna inanmırdı. Artıq insanlarda şübhə yoxdur ki, virus var. Amma başqa problem ortaya çıxıb. İnsanlarda məsuliyyət hissi bir o qədər deyil.
Virus nə qədər azalırsa, qonşu, qohumda yoluxan olmayanda, düşünürlər ki, daha virus yoxdur. Ona görə də məsuliyyət hissimizi ayıq saxlamalıyıq və tibbi qaydalara əməl etməliyik”.
31 Oktyabr 20:55
1 085
31 Oktyabr 19:15
1 155
31 Oktyabr 18:26
1 162