“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
10 Sentyabr 2020 14:56
2 499
Jurnalistlər üçün onlayn formatda təlimlər başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər başlamışdır.
“Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı” mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən təqdim olunmuşdur.
Təlimdə müasir dövrdə mətbuatın əsas funksiyalarından bəhs olunmuş, məlumat istehsalı ilə bağlı ən yeni metodlar nümayiş etdirilmiş və xəbər emalı zamanı diqqət tələb edən məqamlara toxunulmuş, adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılmışdır.
Qeyd edək ki, təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak etmişdir.
19 Yanvar 19:14
938
19 Yanvar 19:12
1 050
19 Yanvar 18:29
1 008