Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
14 Sentyabr 2020 14:00
2 268
Təhsil Nazirliyi yeni tədris ilinin ilk günündə şagirdlərin məktəbə hansı formada gedəcəyi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) keçiriləcək.
Lakin sabah bütün ibtidai sinif şagirdlərinin məktəbə getməsinə ehtiyac yoxdur. Şagirlər məktəb rəhbərliyinin müəyyən etdiyi dərs cədvəli əsasında, növbəlilik prinsipi ilə məktəbə gedəcəklər:
"Bununla bağlı artıq məktəb rəhbərliyi valideynləri məlumatlandırıb. Valideynlər bu cədvələ uyğun uşaqlarını müəyyən edilmiş günlərdə məktəbə göndərməlidirlər. Bu, eyni zamanda 1-ci sinif şagirdlərinə də aiddir. Sabah bütün 1-ci sinif şagirdlərinin məktəbə gəlməsinə ehtiyac yoxdur".
Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" tədris planları təsdiq olunub.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.
Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
11 Sentyabr 20:57
721
11 Sentyabr 18:11
784
11 Sentyabr 17:09
826