Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
18 Sentyabr 2020 12:19
1 876
Gömrük orqanları ölkə ərazisinə qanunsuz yollarla gətirilən dərman vasitələrinin aşkarlanaraq dövriyyədən çıxarılması məqsədi ilə intensiv tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yüklər daşıyan 44BF294/44ZA002 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən rentgen qurğusu tətbiq edilməklə gömrük yoxlanılması aparılıb. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini cəlb edib, buna görə kosmetik vasitələr kimi bəyan olunan malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınıb. Baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan kosmetik vasitə yüklərinin arasında malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə gizlədilmiş müxtəlif adda 1307 qutu maz-kremlər, 420 qutu dərman vasitələri, 769 ədəd stomatoloji ləvazimatlar aşkar edilib.
Hazırda faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmaqla qeyd olunan dərman vasitələri və stomatoloji ləvazimatlardan ibarət malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
15 Noyabr 16:55
1 372
14 Noyabr 19:54
1 834
14 Noyabr 19:10
1 974