Estoniyada demoqrafik böhran səbəbindən hərbi xidmətə qadınların cəlbi artırıla bilər Dünya

Estoniyada demoqrafik böhran səbəbindən hərbi xidmətə qadınların cəlbi artırıla bilər

Estoniyada doğum səviyyəsinin aşağı düşməsi səbəbindən 2035-ci ilə qədər müddətli həqiqi hərbi xidmət keçən qadınların sayı dörd dəfə artıb təxminən 200 nəfərə çatdırıla bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Resursları Departamentinin baş direktoru Ana Rannaveski bəyan edib.

O bildirib ki, demoqrafik vəziyyət çağırışçıların lazımi sayını yalnız kişilərin hesabına toplamağı çətinləşdirəcək. Hərbi rəhbərlik hər il 4 100 nəfərədək şəxsin xidmətə çağırılmasını tövsiyə edir, lakin ölkədə doğulan oğlanların sayı il ərzində cəmi 4–5 min təşkil edir. Prognozlara görə, 2035-ci ilə qədər bu tələbatı ödəmək üçün hər il əlavə olaraq yüzlərlə qadının cəlb edilməsi tələb olunacaq.

Hazırda Estoniyada qadınlar könüllü əsaslarla xidmət edirlər. Hakimiyyət orqanları qadınlar üçün hərbi xidmətin məcburi edilməsi imkanlarını da müzakirə edir. Rəy sorğularına əsasən, əhalinin 80%-ə yaxını qadınların hərbi xidmət keçməsini dəstəkləsə də, onların yalnız 5–6%-i məcburi çağırışın tətbiq olunmasının tərəfdarıdır.

Məryəm Quliyeva