Yeni ildə 5 gün iş olmayacaq Hadisə

Yeni ildə 5 gün iş olmayacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
APA-nın məlumatına görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2015-ci il 3 və 4 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq.