Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
17 Oktyabr 2020 10:07
2 982
Ermənistanın növbəti terrorçu hücumu nəticəsində Gəncədə 40-dan çox şəxs yaralanıb.
Yaralıların bəziləri Gəncə Təcili Tibbi Yardım stansiyasına gətirilib
Yaralanmış Gəncə sakini Ələddin Bayramov bildirib ki, gecə saat bir idi, yatdığımız yerdə atəş etdilər, gurultu qopdu: "Başımdam xəsarət aldım, daha sonra isə xəstəxanaya gətirildim. İndi özümü normal hiss edirəm".
Ermənistan atəşi nəticəsində yaralanmış digər Gəncə sakini Vaqif Əliyev isə bildirib ki, hər şey bir anda oldu: "Evin ikincisi mərtəbəsi dağıldı, çölə çıxdım, heç nə görunmürdü hər yer qıpqırmızı idi. Başımdan, əlimdən və ayağımdan yaralanmışam".
Gəncə Təcili Tibbi Yardım stansiyasının həkimi Məharət Kərimov qeyd edib ki, gecə saat 1 radələrində 30-a yaxın şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib. Lazımi tədbirlər görülüb.
Hazırda şöbədə 2 nəfər nəzarətdə var. Biri əməliyyata hazırlanır. Digər şəxslərin isə vəziyyətini kafi adlandırmaq olar.
31 Oktyabr 20:55
1 099
31 Oktyabr 19:15
1 169
31 Oktyabr 18:26
1 183