Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşıb İqtisadiyyat

Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 mlrd. manata yaxınlaşıb

Bu ilin iyun ayında Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyulun 1-i tarixi ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 16.9% artıb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artıb.