07:17
420.jpg)
Səudiyyə hərbçiləri İraq ərazisindəki şiə yaraqlılarının mövqelərinə nöqtə zərbələri endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
"Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraq ərazisində yerləşən və krallığın neft obyektlərinə hücumlarda əli olan yaraqlılara məxsus hədəflərə nöqtə zərbələri endirib", — deyə hərbi idarənin "X" səhifəsində dərc olunan bəyanatda bildirilir. Əl-Maliki vurğulayıb ki, zərbələr "özünümüdafiə hüququ əsasında" endirilib.
Məryəm Quliyeva