İran Hörmüz boğazında üç neft tankerini saxladığını bildirib Gündəm

İran Hörmüz boğazında üç neft tankerini saxladığını bildirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elitar hissələri) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edərkən üç gəminin ələ keçirildiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.

"Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymayaraq təhlükəli və qeyri-qanuni marşrutla hərəkət edən üç neft tankeri vurulub və saxlanılıb", - bəyanatda vurğulanıb.

Məryəm Quliyeva