Bank sektorunun xalis mənfəəti 24%-dən çox artıb İqtisadiyyat

Bank sektorunun xalis mənfəəti 24%-dən çox artıb

2026-cı ilin yanvar – iyun ayları ərzində banklar 716.3 milyon manat xalis mənfəət əldə ediblər.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,23% çoxdur.

Hesabat dövründə banklar 1 milyard 86.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 171.1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.