“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib”
27 Oktyabr 18:38
27 Oktyabr 18:38
27 Oktyabr 14:31
27 Oktyabr 14:27
29 İyul 07:10
1 253
ABŞ və Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri İraqda İranla əlaqəli qruplaşmalara hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri iyulun 28-də İraqa nöqtə zərbələri endirib", — deyə CENTCOM-un "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir. İddia olunduğuna görə, zərbələrin hədəfləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etməyi tapşırdığı İranla əlaqəli "terrorçular" olub.
ABŞ və Səudiyyə Ərəbistanı havadan bir neçə "maddi-texniki təminat mərkəzini və silah anbarını İraqın şərqində" vurub. Mərkəzi Komandanlıq iddia edir ki, bu hücum "SEPAH-ın əmri ilə son 72 saat ərzində 30-dan çox PUA-nın buraxılmasına" cavab olaraq həyata keçirilib.
Daha əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki bildirmisdi ki, HHM qüvvələri İraq ərazisindən buraxılan və krallığın neft obyektlərini hədəf alan bir neçə PUA-nı ələ keçirib. İran isə digər ölkələrin ərazisindən Səudiyyə Ərəbistanının atəşə tutulmasında əli olduğunu təkzib edir, — deyə "IRIB" dövlət teleradio şirkəti hərbi dairələrdəki mənbəyə istinadən xəbər verib.
Məryəm Quliyeva
27 Oktyabr 18:38
1 239
27 Oktyabr 17:34
1 099
27 Oktyabr 14:31
1 043