Türkiyənin İraqda neft yataqlarının işlənməsində iştirak edəcək Dünya

Türkiyənin İraqda neft yataqlarının işlənməsində iştirak edəcək

Türkiyə Neft Şirkəti (TPAO) İraqın şimalındakı Kərkükdə yataqların işlənməsində iştirak edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

İraqın Baş naziri Əli əl-Zeydinin Ankaraya səfəri zamanı bu barədə müqavilə imzalanıb.

"Türkiyə Neft Şirkəti Kərkükdəki yataqların işlənməsində iştirak etmək hüququ əldə edib. Bu gün imzalanan müqavilə enerji tərəfdaşlığında tarixi bir addımdır" - Ərdoğan qeyd edib.

Türkiyənin energetika naziri Alparslan Bayraktar isə bildirib ki, BP ilə imzalanan müqaviləyə uyğun olaraq, TPAO BP Energy Company of Kirkuk Limited (BPECKL) şirkətində 15% pay əldə edib.