09:14
427
ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ağ Evdə Volodimir Zelenski və İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirilən görüşlərdə bir çox məsələləri müzakirə etdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"Ukrayna Prezidenti Zelenski ilə görüşmək böyük şərəf idi. Çoxlu məsələlər müzakirə olundu. Görüş çox yaxşı keçdi!" — deyə Ağ Evin rəhbəri yazıb.
O, həmçinin Konqres nümayəndələri ilə birlikdə Netanyahu ilə də çox yaxşı görüş keçirdiklərini qeyd edib: "Şübhəsiz ki, bir çox vacib mövzular müzakirə edildi". Amerika lideri başqa təfərrüatları açıqlamayıb.
Məryəm Quliyeva