Pakistanda aramsız yağışlar 100-dən çox insanın ölümünə səbəb olub Dünya

Pakistanda aramsız yağışlar 100-dən çox insanın ölümünə səbəb olub

26 iyundan bəri Pakistanda yağan güclü yağışlar nəticəsində azı 109 nəfər ölüb, 362 nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

Yağış nəticəsində yaranan daşqınlar təxminən 800 binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyun ayının sonundan bəri ölkə daxilində 148 xilasetmə əməliyyatı aparılıb və təxminən 4000 nəfər xilas edilib.

Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir.