DMX rəisi: Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır
İran Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Omanın təklifini rədd edib
“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərində bərpa və təmir işləri mərhələli şəkildə davam edir
10:46
385
İordaniya Silahlı Qüvvələri İran tərəfindən krallıq ərazisinə doğru buraxılan növbəti raket hücumunun dəf edildiyini bildirib.
Bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi məlumat verib.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri çərşənbə günü səhər saatlarında İran tərəfindən ölkə ərazisinə istiqamətləndirilmiş beş ballistik raketi havada məhv edib.
“Əməliyyat təsdiq edilmiş döyüş qaydalarına uyğun həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-ın hərbi hava bazasına və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.