“Təhlükəsizlik balansının qorunması siyasi dialoq və qarşılıqlı koordinasiya ilə mümkündür”
Ötən dövrdə 800-ə yaxın əcnəbi Azərbaycandan deportasiya edilib
Netanyahu: İsrail ABŞ-nin sorğusu olmadan İrana zərbə endirməyəcək
DMX rəisi: Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır
10:59
427
İran Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə zərbəsindən sonra cavab olaraq Ukraynadakı dəniz limanlarından birinə hücum etməyi nəzərdən keçirib.
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran kiçik döyüş başlıqlı ballistik raketdən istifadə imkanını müzakirə edib. Nəşrin yazdığına görə, mümkün zərbə daha çox simvolik xarakter daşımalı və ciddi dağıntı törətmək məqsədi güdmürdü.
Qəzetin mənbələri bildiriblər ki, fəal diplomatik səylər nəticəsində gərginliyin azaldılmasına nail olunub və İran cavab zərbəsi endirmək planından imtina edib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini açıqlamışdı. Hadisə nəticəsində gəmidə partlayış baş vermiş, bir dənizçi həlak olmuş, daha biri yaralanmışdı. Bundan sonra İran Ukraynanın müvəqqəti işlər vəkilini XİN-ə çağırmış, xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqını insidentə reaksiya verməyə, Ukraynanı isə dəymiş ziyanı ödəməyə çağırmışdı.