Yaponiyada güclü zəlzələ nəticəsində 13 nəfər həyatını itirib Dünya

Yaponiyada güclü zəlzələ nəticəsində 13 nəfər həyatını itirib

Yaponiyanın Küşü adasındakı Kumamoto prefekturası rayonunda baş verən güclü zəlzələ nəticəsində 13 nəfər həyatını itirib.

Xalqcebhesi.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sanae Takaiçi məlumat verib.

Siyasətçinin sözlərinə görə, bu məlumatlar yerli vaxtla saat 08:30-a olan göstəricilərdir. Bundan əlavə, Takaiçi vurğulayıb ki, ölkə hakimiyyəti insanların tez bir zamanda xilas edilməsi üçün bütün zəruri tədbirləri görməyi planlaşdırır.

Ötən gün Yaponiyanın Küşü adasında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra Ariake və Yatsuşiro körfəzlərinin sahili üçün hündürlüyü 1 metrə qədər olan sunami təhlükəsi xəbərdarlığı edilib.

Təbii fəlakət zonasında binalar uçub, yollar və körpülər zədələnib. 50 minə yaxın təsərrüfat işıqsız qalıb. İlkin məlumata görə, 80-dən çox insan xəsarət alıb. Yerli sakinlər yeraltı təkanları "müqayisəolunmaz dərəcədə güclü" kimi qiymətləndiriblər.

Məryəm Quliyeva