Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir
Sürücülük hüququ olmayanların törətdiyi qəzalarda 66 nəfər ölüb
46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir
Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma müəyyənləşir
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək
19 Oktyabr 2020 17:25
2 198
Azərbaycanda qarşıdakı aylar ərzində koronavirusa yoluxma ilə bağlı vəziyyətin necə olacağı insanların tövsiyələrə nə dərəcədə əməl etməsindən asılıdır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, hər kəs sadə gigiyenik qaydalara əməl edərsə, o zaman yoluxmaların sayında azalmalar müşahidə edilə bilər:
"Əks təqdirdə, hazırda Avropanın bəzi ölkələrindəki kimi yoluxma və ölüm hallarının sayında artım görməyə davam edəcəyik. Hazırda insanların müəyyən sanitar-gigiyenik qaydalara əməl etməməsi xəstəlik hallarının artmasına təsir göstərir. Bununla yanaşı, COVID-19-un uzun zamandır bizimlə olması insanlarda pandemiya yorğunluğu yaradıb. Bu mərhələdə belə reaksiya təbii və gözləniləndir. Pandemiya yorğunluğu hazırda bir çox ölkələrdə insanların tövsiyələrə və qadağalara kifayət qədər əməl etməməsi, artıq COVID-19-la bağlı yeni məlumatlar öyrənməyə can atmaması kimi hərəkətlərlə özünü büruzə verir. Bundan əlavə, payız fəslinin gəlməsi də insanların qapalı yerlərdə daha çox vaxt keçirməsinə səbəb olur və bu da yoluxma saylarının artmasına təsir göstərə bilər".