Ombudsman parlamentdə hesabat verəcək Hadisə

Ombudsman parlamentdə hesabat verəcək

Azərbaycan Milli Məclisinin (MM) növbəti iclası martın 4-də olacaq. MM üzvü Zahid Oruc APA-ya bildirib ki, iclasın gündəliyinə 5 məsələ daxildir.
Bunlar Azərbaycanın İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsman) illik hesabatı, "Akkreditasiya haqqında" qanunun ikinci oxunuşda müzakirəsi, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, ticarət gəmiçiliyi haqqında qanunvericiliyə dəyişiklik və sair sənədlərdir.
Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı hesabat parlamentin növbəti iclaslarında dinləniləcək.