08:40
854
Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz hasilatı obyektlərinin mühafizəsi üçün əlavə olaraq iki "Patriot" zenit-raket kompleksi batareyası göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə oktyabrın 1-də "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsi barədə qərar qəbul olunacağı təqdirdə, müttəfiqlərini onların əsas energetika obyektlərinin təhlükəsizliyini təmin edəcəyinə inandırmaq istəyib. Portalın qeyd etdiyi kimi, hadisələrin bu cür inkişafı fonunda ABŞ Silahlı Qüvvələri Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcılar və qoşunlar göndərir.
Məryəm Quliyeva