İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
25 Noyabr 2020 11:57
2 366
Xəstəliyi yüngül və ya ağır keçirməsindən asılı olmayaraq, COVİD-19-a yoluxmuş bütün şəxslər həkim nəzarəti altında müalicə olunmalıdırlar.
Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, hər bir insan ilk günlərdə yüngül formada keçən xəstəliyin sonradan ağırlaşa biləcəyini bilməlidir.
V.Əliyev əlavə edib ki, test nəticəsi pozitiv çıxan xəstənin ilk gündən xəstəxanada yerləşdirilməsi üçün tibbi göstəriş yoxdur:
“Ehtiyac olarsa, sahə həkimi evdə müalicə olunan xəstəni stasionar müalicə üçün xəstəxanaya yönləndirə bilər. Ancaq harada olmasından asılı olmayaraq, hər bir halda xəstə həkim nəzarətində müalicə olunmalıdır. Biz düşünməməliyik ki, xəstəlik ilk günlərdə yüngül formada keçirsə, o, sonadək yüngül formada qalacaq. Buna görə evdə müalicə olunan xəstələrin gündəlik olaraq, hərarəti ölçülməli, ağciyərinin fəaliyyəti izlənilməlidir. Ağciyərin oksigeni nə dərəcədə qəbul edib-etmədiyi həkim tərəfindən müəyyən olunmalı, xəstənin vəziyyətindən asılı olaraq, onun müalicəsinin növbəti mərhələsi ilə bağlı qərar qəbul edilməlidir".
17 Yanvar 16:14
1 295
17 Yanvar 16:14
1 204
17 Yanvar 14:28
1 372