Dohada yenidən partlayışlar baş verib Dünya

Dohada yenidən partlayışlar baş verib

Dohada, ehtimal ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində yaranan ikinci partlayış dalğası baş verib.

Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə TASS-ın müxbiri məlumat verir.

Səhər saatlarında Qətər paytaxtı artıq İran tərəfindən raket hücumuna məruz qalmışdı. Əmirliyin Daxili İşlər Nazirliyinin məlumatına görə, birinci zərbə dalğasının qarşısının alınması zamanı qəlpələrin düşməsi nəticəsində bir uşaq yaralanıb və ona tibbi yardım göstərilir.

Qətər Müdafiə Nazirliyi bundan əvvəl ərəb dövlətinin ərazisinə atılan raketlərin ələ keçirilməsi barədə məlumat vermişdi.

Məryəm Quliyeva