Türkiyə iki sahə üzrə atəşkəs təklif edib Gündəm

Türkiyə iki sahə üzrə atəşkəs təklif edib

Türkiyə təkcə Rusiya və Ukrayna üçün deyil, bütün ölkələrə iki sahədə - enerji və gəmiçiliyə qarşı hərbi əməliyyatlara moratorium qoyulmasını təklif edib.

Bu təkliflə Türkiyənin xarici işlər naziri Hakan Fidanın 16 iyulda Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə XİN rəhbəri bildirib ki, ölkəsinin əsas məqsədi Rusiya ilə Ukrayna arasındakı müharibəyə tamamilə son qoymaqdır.

"Əgər bu mümkün deyilsə, həm Ukrayna, həm də Rusiya, eləcə də bütün ölkələr üçün vacib olan bir neçə kritik əhəmiyyətli ərazidə hərbi əməliyyatlara moratorium elan edilə bilər. Qara dənizdə və enerji infrastrukturuna qarşı hücumlar dayandırılsın", - Hakan Fidan qeyd edib.