21:10
623
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmi kapitanının nəşi aşkarlanaraq Odessaya gətirilib.
Qeyd olunub ki, müvafiq zəruri prosedurlar başa çatdıqdan sonra cənazə Azərbaycana göndəriləcək.