08:44
476
Bu gün Bakının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində planlı fasilə tətbiq ediləcək.
Bundan başqa, Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsinin Birinci köndələn küçəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Məlumata görə, Abşeron RETSİ ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Aşağı Güzdək və Atyalı yaşayış məntəqələrinin bəzi hissələrində də elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin elektrik şəbəkəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Bünyad Sərdərov küçəsində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
"Azərişıq" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
08:43
434
08:31
567
16 İyul 18:37
1 204