07:33
679
Amerika hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə 04:40-da) ABŞ Mərkəzi Komandanlığı İrana qarşı sonuncu böyük zərbə dalğasını tamamlayıb. ABŞ Silahlı Qüvvələri İranın sahil müşahidə və hava hücumundan müdafiə obyektləri, hərbi-logistik infrastruktur və dəniz qüvvələri kimi onlarla hərbi obyektini vurub", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.
CENTCOM-dan qeyd edildiyi kimi, Amerika hərbçiləri qırıcılar, PUA-lar, hərbi gəmilər və yüksək dəqiqlikli döyüş sursatlarından istifadə ediblər.
Məryəm Quliyeva