Gürcüstanda Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib Mədəniyyət

Gürcüstanda Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib

Bu gün Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın milli mətbəxlərinin tanıdılması məqsədilə Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib.

Festivalın əsas məqsədi müxtəlif xalqların zəngin mədəni irsinin, milli mətbəxinin və adət-ənənələrinin təbliği, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi olub.

Tədbir çərçivəsində Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın milli mətbəx nümunələri təqdim edilib, ölkələrin milli musiqi alətləri, milli geyimləri və zəngin mədəni irsini əks etdirən guşələr nümayiş olunub. İştirakçılar müxtəlif xalqların kulinariya ənənələri, milli geyimləri və musiqi mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Cavid