"Barselona" 15 yaşlı qazaxıstanlı futbolçunu heyətinə qatdı İdman

"Barselona" 15 yaşlı qazaxıstanlı futbolçunu heyətinə qatdı

“Barselona” 15 yaşlı qazaxıstanlı futbolçu Kərim Mendikanovu heyətinə qatıb.

Gənc oyunçu Kataloniya klubu ilə müqavilə imzalayan ilk qazaxıstanlı futbolçu olub.

Mendikanov karyerasını “Barselona”nın “La Masia” akademiyasında davam etdirəcək. O, klubun 16 yaşadək futbolçulardan ibarət komandasında çıxış edəcək.

Qeyd edək ki, Kərim Mendikanov 2022-ci ildə Qazaxıstandan İspaniyaya köçüb. O, “Barselona”ya keçməzdən əvvəl “Serdanyola” və “Sant Kuqat” klublarının aşağı yaş qruplarında forma geyinib.