19:11
560
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) xarici jurnalistlərə, tələbələrə və mübadilə proqramları xətti ilə gələn şəxslərə vizaların verilməsi qaydalarını dəyişib, onların ölkədə qalma müddətini müəyyən bir vaxtla məhdudlaşdırıb.
Xarici KİV xəbər verir ki, bu barədə qurumun Federal Reyestrdə yerləşdirilmiş bildirişində deyilir.
Dəyişiklik qeyri-immiqrasiya vizası daşıyıcılarına nəzarəti gücləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, xarici jurnalistlər, tələbələr və mübadilə proqramı ilə gələn şəxslər müvafiq olaraq "I", "F" və "J" kateqoriyalı vizalar alırlar. Əvvəlki qaydalara əsasən, bu sənədlər ölkəyə gəliş məqsədləri və şərtlərinə əməl olunduğu müddətdə - məsələn, şəxs xarici KİV-də fəaliyyətini davam etdirdiyi və ya Amerika universitetində təhsil aldığı müddətcə - ABŞ ərazisində qalmağa icazə verirdi. İndiyə qədər, əksər hallarda bu növ vizaların konkret qüvvədə olma müddəti yox idi.