22:48
616
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başa çatıb.
Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
Hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Müdafiəçi Amin Seydiyev 39-cu dəqiqədə ikinci dəfə meydan sahiblərini cəzalandırıb. Matçda son nöqtəni 70-ci dəqiqədə dubla imza atan Eren Aydın qoyub.
“Qartallar” iki oyunun nəticəsinə əsasən rəqibini 6:0 hesabı ilə üstələyib.
Rəşad Sadıqovun komandası ikinci raundda “Payde” (Estoniya) kollektivi ilə üz-üzə gələcək.