Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq Dünya

Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq

ABŞ Prezidenti Donald Trampın amerikalılara edəcəyi televiziya müraciəti seçkilərin təhlükəsizliyinə və xarici müdaxilə iddialarına həsr olunacaq.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp ABŞ-ın şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə iyulun 17-si saat 05:00-da) xalqa geniş müraciətlə çıxış edəcək.

Livitt qeyd edib ki, prezident çıxışında ABŞ-da seçkilərin toxunulmazlığının qorunması məsələsinə toxunacaq.