Zavodda yanğın olub Hadisə

Zavodda yanğın olub

Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki Asfalt-beton istehsalı zavodunda yanğın olub.
APA-nın məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. İlkin araşdırmalar zamanı məlum olub ki, yanğına texnika üçün istifadə olunan yağın qəfil alışması səbəb olub. Qısa zamanda yanğının qarşısı alınıb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsində araşdırma Fövqəladə Hallar Nazirliyi asfalt zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Qeyd olunur ki, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, asfalt zavodunun ərazisində həcmi 3 kub.m olan 1ədəd boru qazanxananın içərisində və bitum çənlərinin ətrafına dağılmış bitum qalıqları 100 kv.m. sahədə yanıb. Yanğından yaxınlıqdakı 3 ədəd 60 və 2 ədəd 35 tonluq bitum çənləri mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.