Argentina Türkiyənin “qırmızı bülleten”lə axtardığı şəxsi təhvil verdi Dünya

Argentina Türkiyənin “qırmızı bülleten”lə axtardığı şəxsi təhvil verdi

“Qırmızı bülleten”lə beynəlxalq səviyyədə axtarışda olan mütəşəkkil cinayətkar qruplaşmanın lideri Serkan Kurtuluş Argentinadan Türkiyəyə ekstradisiya edilib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kurtuluş “qəsdən adam öldürmə”, “cinayət törətmək məqsədilə qruplaşma yaratma”, “cinayətkar qruplaşmanın maraqları naminə bir neçə nəfər tərəfindən silahlı soyğunçuluq törətmə”, “bir neçə şəxslə əlbir olaraq silahlı şəkildə cinayətkar qruplaşmanın qorxuducu gücündən istifadə etməklə silsilə xarakterli hədələmə” cinayətləri üzrə axtarışda olub.