İspaniya və Mərakeş Seutaya ikinci mümkün kütləvi axın fonunda bölgədə əlavə qüvvə yerləşdirdi Dünya

İspaniya və Mərakeş Seutaya ikinci mümkün kütləvi axın fonunda bölgədə əlavə qüvvə yerləşdirdi

İspaniya və Mərakeş avqustun 15-də yeni mümkün kütləvi miqrant axını ilə bağlı narahatlıqlar fonunda Seut şəhərində və sərhədində təhlükəsizlik qüvvələrinin sayını artırıb.

Bu barədə “Cadena SER” məlumat yayıb.

“Mərakeş və İspaniya iki həftə əvvəl təxminən 72 000 miqrantın Seutaya axını hadisəsinin təkrarlanmasının qarşısını almaq üçün bölgədə əlavə şəxsi heyət yerləşdirib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bir neçə gündür sosial medianın Mərakeş seqmentində avqustun 15-də Seuta ilə sərhədi pozmaq üçün yeni cəhdə çağırış edən mesajlar yayılır. İspaniya Daxili İşlər Nazirliyi bu fonda Seutaya 880 polis və 714 Mülki Qvardiya əməkdaşı göndərib. Bu, ilk kütləvi axın zamanı yerləşdirilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayından təxminən 500 nəfər çoxdur.

İyulun sonunda İspaniyanın Seuta şəhəri Mərakeşdən gələn böyük qanunsuz miqrasiya dalğası ilə üzləşib. İspaniya daxili işlər naziri Fernando Qrande-Marlaska ölkəyə Mərakeşdən təxminən 72 000 miqrantın daxil olduğunu açıqlayıb. Seuta administrasiyasının məlumatına görə, şəhərdə təxminən 10 000 miqrant qalıb.