“Tvente” – “Qarabağ” matçının hakimləri açıqlandı İdman

“Tvente” – “Qarabağ” matçının hakimləri açıqlandı

“Qarabağ”la Niderlandın “Tvente” komandası arasında UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək hər iki oyunun hakimləri müəyyənləşib.

İlk qarşılaşmaya Albaniyadan, cavab matçına isə Norveçdən olan hakimlər briqadası təyinat alıb.

Komandalar arasında ilk oyunu albaniyalı FIFA referisi Cuxin Caya idarə edəcək. Ona həmyerliləri Rejdi Avdo və Mario Shazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək.

İlk görüşdə VAR hakimi italiyalı Cianluka Aureliano, AVAR isə albaniyalı Albert Doda olacaq.

Bakıda keçiriləcək cavab qarşılaşmasına isə Norveçdən olan hakimlər briqadası təyinat alıb. FIFA referisi Rohit Saqqi baş hakim olacaq. Onun köməkçiləri Anders Olav Dale və Ole Andreas Haukasen, dördüncü hakim isə Marius Hansen Qrotta olacaq.

Cavab matçında VAR funksiyasını Kristoffer Haqenes, AVAR vəzifəsini isə avstriyalı Alan Kijas yerinə yetirəcək.

Xatırladaq ki, "Qarabağ"la "Tvente" arasında ilk oyun avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq.