“Komo” “Çelsi”nin hücumçusu Liam Delapla maraqlanır İdman

“Komo” “Çelsi”nin hücumçusu Liam Delapla maraqlanır

İtaliyanın “Komo” klubu “Çelsi”nin hücumçusu Liam Delapın icarəyə götürülməsi variantını nəzərdən keçirir.

Bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Məlumata görə, “Komo” 21 yaşlı futbolçu üçün icarə təklifi hazırlaya bilər.

Qeyd edək ki, Delap ötən yay “İpsviç”dən 30 milyon funt sterlinqə “Çelsi”yə keçib. O, ilk mövsümündə London klubunun heyətində bütün turnirlərdə 41 oyuna çıxaraq 2 qol vurub.