Hakan Fidan bin Fərhan və Əbdül Ati ilə görüşdü Dünya

Hakan Fidan bin Fərhan və Əbdül Ati ilə görüşdü

Misir xarici işlər naziri Bədr Əbdül Ati Əl-Əlameyn dəniz şəhərində Türkiyə xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhanla görüşüb.

Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum nazirlərin bölgədəki son hadisələri müzakirə etdiklərini bildirib.

“Görüşdə üç ölkə arasında dərin dostluq və əməkdaşlıq əlaqələri, eləcə də tərəfdaşlığın gücləndirilməsinə və ortaq maraqlara sadiqlik vurğulanıb”, - Misir XİN vurğulayıb.