Dilqəm Əsgərova ömürlük həbs tələbi Hadisə

Dilqəm Əsgərova ömürlük həbs tələbi

Qondarma rejimin "prokuroru" Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə" prosesində prokuror çıxış edib. Ermənistan saytlarının verdiyi məlumata görə, "prokuror" Karen Qabrielyan Dilqəm Əsgərova ömürlük həbs cəzası tələb edib, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma "məhkəmə" prosesi oktyabrın 27-də başlayıb.