MSK seçkilərlə bağlı müraciətlərə baxdı Hadisə

MSK seçkilərlə bağlı müraciətlərə baxdı

Ötən gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Komissiyadan verilən məlumata görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlər aidiyyəti qaydalarının pozulması ilə əlaqədar daxil olduğundan, Komissiya üzvlərinin müzakirəsindən sonra baxılması üçün müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.
İclasda cari məsələlərə də baxılıb.